STEAM Azərbaycan layihəsi 398 məktəbdə tətbiq edilir
sizinxeber.az xəbər saytı

STEAM Azərbaycan layihəsi 398 məktəbdə tətbiq edilir


STEAM Azərbaycan layihəsi hazırda 398 məktəbdə tətbiq edilir.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Beynəlxalq Yaşıl STEAM Azərbaycan" festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov deyib.

O qeyd edib ki, layihənin tətbiqi dördüncü sinifdən doqquzuncu sinfə qədərki müddəti əhatə edir: "Hazırda layihə 398 orta məktəb və peşə məktəblərində tətbiq edilir. Bu da 220 mindən çox şagird deməkdir".

İ.Nəzərov əlavə edib ki, STEAM Azərbaycan layihəsində yarış kateqoriyalarında yeniliklər var.

"Bizim peykimiz" adlı yeni kateqoriya yaradılıb. Bu yarışda uşaqlar peyk texnologiyaları ilə yaxından tanış olacaqlar. Məqsədimiz şagirdlərdə innovativ texnologiyalara maraq yaratmaqdır".

O qeyd edib ki, 3 min müəllim STEAM layihəsində dərs keçmək üçün cəlb edilib. Onların 70%-i ibtidai sinif müəllimləridir. Bu günə qədər isə 6 min müəllim bu layihəyə cəlb olunub.

Oxşar xəbərlər

"Yaşıl SAF 2024" layihəsinə regionlar üzrə 348 komanda qeydiyyatdan keçib
Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib
Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir
Kəlbəcərdə 528 şagird yerlik məktəb inşa olunur - FOTO
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər