Nazir müavini: “Hədəfimiz 2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 75 minə çatmasıdır”
sizinxeber.az xəbər saytı

Nazir müavini: “Hədəfimiz 2026-cı ildə Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 75 minə çatmasıdır”


Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayının 2026-cı ildə 75 minə çatması hədəfdir.

“Report”un xəbərinə görə, bunu Azərbaycanda beynəlxalq təhsil imkanları adlı tədbirdə çıxışı zamanı Elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O qeyd edib ki, Azərbaycanda əcnəbi tələbələrin və onların əhatə dairəsinin artdığı müşahidə edilir.

“Bunun üçün sistemli iş tələb olunur ki, bütün bu istiqamətdə atılan addımlar vahid olarsa, nəticə daha da müsbət olacaq. Ölkədə ali təhsilə qəbul 60 min nəfəri keçib. Biz bu sayın 2026-cı ildə 75 min nəfərə çatdırılmasını hədəfləmişik”, - nazir müavini deyib.

Onun fikrincə, əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər addımlardan biri də özəl universitetlərin əcnəbi tələbələr üçün ayırdığı təqaüdlərdir.

“Düşünürəm ki, bu cür addımlar sistemli olması təhsilimizin gələcəyi üçün daha səmərəli olacaq”, - H.Həsənli deyib.

Oxşar xəbərlər

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb
Təhsilin məzmunu son 90 il ərzində dəyişməyib - Nazir
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
“Bu gün bir uşağa 7 min manata yaxın pul xərcləyirik”
Nazir müavini: “Dünyasını dəyişən şəxslərlə bağlı siyahı artıq MSK-ya təqdim olunub”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər