Bakıda iki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
sizinxeber.az xəbər saytı

Bakıda iki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib


Bakının Xətai rayonunda 116 və 257 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə əsaslı təmirdən sonra istifadəyə verilən bağça ilə yaxından tanış olublar.

Tədbirdə çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğunu nəzərə çatdırıb.

Şöbə müdiri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirildiyini deyib.

Tədbirdə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, yeni istifadəyə verilən 116 nömrəli körpələr evi-uşaq bağçasında 4, 257 nömrəli körpələr evi-uşaq bağçasında isə 12 qrup fəaliyyət göstərir. Ümumilikdə 2 uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 34 tərbiyəçi, 20 texniki işçi məşğul olur.

Oxşar xəbərlər

Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq
Şöbə müdiri: Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək
Naxçıvan və regionlar üzrə 11 285 uşaq bağçalara qəbul olunub
Agentlik: Hazırda bağça yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir
“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər