Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
sizinxeber.az xəbər saytı

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib


Dövlət İmtahan Mərkəzi avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

DİM-dən Sizinxeber.az-ya verilən xəbərə görə, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Bakıda 864, Naxçıvan isə 30 namizədin imtahan verəcəyi gözlənilirdi.

Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib - YENİLƏNİB
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər