Sabahdan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək
sizinxeber.az xəbər saytı

Sabahdan müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək


Sabah - iyulun 31-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat yayıb.

Bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər avqustun 5-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər:

"Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminin vaxtı açıqlanıb
Vakansiya seçimi mərhələsinə start verilir
Müəllim olmaq istəyən şəhid ailəsi üzvləri üçün vakansiya seçimi başlayıb
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin başlayacağı tarix açıqlanıb
Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər