Yardımlıda qədim dövrə aid əşyalar tapılıb
Yardımlının Keçələkəran kəndi ərazisində, Viləşçayın sağ sahilində kəndə yeni çəkilən yol tikintisi zamanı aşkarlanmış yaşayış yerində qədim dövrə aid əşyalar tapılıb.
Bu barədə "Sizinxeber.az"a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat verib.
Məlumata əsasən, yeni qazıntılar zamanı üzə çıxan çay daşından ev bünövrələri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qablara məxsus qırıqlar, toxuculuqda istifadə olunan sümükdən iy başlıqları (əyircək) və s. təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə isə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqlar isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.
Xatırladaq ki, Yardımlı rayonunda Son Tunc-Erkən Dəmir dövünə aid yaşayış məskənində arxeoloji qazıntılar davam etdirilir.
Oxşar xəbərlər
Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib
Yardımlıda arxeoloji qazıntılar nəticəsində daş qutu, küp və torpaq qəbir abidələri aşkarlanıb - FOTOLENT
Astarada arxeoloji qazıntılar nəticəsində XIV əsrə aid memarlıq elementləri aşkarlanıb
Astarada Əlişa qalasında qədim dövrə aid unikal hovuz kompleksi aşkarlanıb - FOTO
Azərbaycan alimləri Türkiyədə arxeoloji tədqiqatlar aparıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
