Azərbaycan məktəbliləri Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar
İyulun 18–24-də Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyi məlumat verib.
Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər.
Belə ki, Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri Braziliyada keçirilən Olimpiadada 1 gümüş, 2 bürünc medal qazanıb
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 2 qızıl, 5 gümüş, 2 bürünc medal qazanıb
Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib
Şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 3 medal qazanıb
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













