

Agentlik: Peşə təhsili müəssisələrində tədris planında dəyişiklik edilib, dərslər ikinövbəli olacaq
Peşə təhsili müəssisələrinin saxlanması üçün büdcədən ayrılan vəsait artırılıb.
APA xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı bu gün keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, son beş ildə Peşə təhsili müəssisələrinin saxlanılmasına ayrılan vəsait 50 faiz artıb.
"Peşə təhsili müəssisələrinə tələbə qəbulunun da bu il artacağını gözləyirik. Qəbul planı Bakı üzrə 40, regionlar üzrə isə 60 faizdir. Biz bir çox müəssisələrimizdə qəbulu maksimuma çatdırmışıq. Artıq tədris planında edilən dəyişikliyə əsasən bu il Bakıda bir çox peşə təhsili müəssisələrində dərslər ikinövbəli təşkil ediləcək" - deyə o qeyd edib.
Ceyhun Kərəmov, həmçinin növbəti tədris ilindən tədris ediləcək 9 yeni ixtisas barədə də məlumat verib. O bildirib ki, yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq:
"Buraya duronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nass qurğuları maşinisti aiddir".
Direktor vurğulayıb ki, yeni tədris ili üçün ən çox plan yerləri aşpaz ixtisası üzrə ayrılıb.
Oxşar xəbərlər
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
Bu gündən peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır
Yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
