BMT-nin Baş katibi: Yaşlı insanlar arasında istidən ölüm halları 85% artıb
“Son 20 ildə həddindən artıq istilərlə bağlı ölən 65 yaşdan yuxarı insanların sayı 85% artıb”.
“Sizinxeber.az” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Dağıdıcı istilik hər yerdədir, lakin hamıya eyni dərəcədə təsir etmir. Temperaturun yüksəlməsindən ən çox əziyyət çəkən insanlar şəhərlərdə yaşayan yoxsullar, hamilə qadınlar, əlillər, qocalardır. Məsələn, 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölüm halları son 20 ildə 85% artıb”, – deyə o vurğulayıb.
Bundan əlavə, dünya təşkilatının rəhbəri qeyd edib ki, əsrin ortalarına qədər həddindən artıq isti ərazilərdə yaşayan yoxsulların sayı 7 dəfə arta bilər:
“Həddindən artıq istilər bərabərsizliyi artırır, ərzaq qıtlığı yaradır və insanları daha dərin yoxsulluğa sürükləyir”.
Oxşar xəbərlər
2024-cü ildə Afrikada aclıqdan əziyyət çəkən insanların sayı rekord həddə çatacaq
Simpsonlar 2024 kehaneti ilə gündəmdədir! Bu dəfə isti pandemiyası gəlir!
FAO: 2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib
Azərbaycanda ölüm halları azalıb
TƏBİB-dən koronavirusun yeni variantı ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













