Bakıda qeyri-sabit hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2025
16:00

Bakıda qeyri-sabit hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ

15 apr, 2025
16:00
421

Bakıda qeyri-sabit hava ilə bağlı - NÖVBƏTİ XƏBƏRDARLIQ

Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqda qeyd edilib.

Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.

Bizimlə əlaqə saxlayın