ETSN-də ilin yekunlarına və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib
sizinxeber.az xəbər saytı

ETSN-də ilin yekunlarına və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 2023-cü ilin yekunlarına və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, iclasda nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini iştirak edib.

Kollegiya iclasında 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının növbəti ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər və ölkə ərazisində yaşıllıq sahələrinin artırılması, eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər və gündəlikdə duran digər məsələlər barədə məlumat verilib, ilin yekununa dair hesabatlar dinlənilib.

Oxşar xəbərlər

Şöbə müdiri: "Gələn ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi mühüm yenilikdir"
Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi - SƏRƏNCAM
Müdafiə Nazirliyində mühüm iclas: Zakir Həsənov tapşırıqlar verdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi COP29-la bağlı təkliflər hazırlayır
Umayra Tağıyeva: “Azərbaycanda ən çox sel və daşqın hadisələri bu il qeydə alınıb”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər