Dövlət Agentliyi: “Azad olunan ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə əlaqədar 40 müraciətə mənfi cavab verilib”
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi: “Azad olunan ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə əlaqədar 40 müraciətə mənfi cavab verilib”


İşğaldan azad olunan ərazilərdə faydalı qazıntıların istismara verilməsi ilə əlaqədar 40 müraciətə mənfi cavab verilib.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov ekoloji məsələlər üzrə işçi qrupun iclasında məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı indiyə qədər 130-a yaxın müraciət qəbul edilib.

A.Şükürov bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onların 40-na mənfi rəy verilib:

“70 müraciətə müsbət cavab verilib, 20 müraciətə isə baxılır”, - o deyib.

Oxşar xəbərlər

“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Xankəndiyə otuz ədəd iritutumlu avtobus yola salınıb
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - TƏFƏRRÜAT
Kəmaləddin Heydərov əmr imzaladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər