Bakıda yaz mövsümü ilə bağlı geniş miqyaslı təmizlik iməciliyi keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda yaz mövsümü ilə bağlı geniş miqyaslı təmizlik iməciliyi keçirilib


Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.

Bu barədə "Report"a BŞİH-dən məlumat verilib.

Keçirilən iməcilik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, apa yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Oxşar xəbərlər

Paytaxtda təmizlik işləri aparılıb - FOTO
Bakıda ümumşəhər iməciliyi baş tutub
Bakı qəsəbələrinin küçələri yuyulub, əsaslı təmizlik işləri görülüb
Bu gün Bakının 548 küçəsi yuyulub - FOTO - YENİLƏNİB
Paytaxtda növbəti dəfə geniş təmizlik işləri aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər