Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə DANIŞDI - VİDEO
sizinxeber.az xəbər saytı

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə DANIŞDI - VİDEO




Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan xadimə Nəzakət Paşayeva "Xəzər Xəbər"ə açıqlama verib.

Belə ki, paytaxtın Binəqədi rayonunda yerləşən "MedEra" hospitalında baş verən insident zamanı işçilərdən biri - Nəzakət Paşayeva ayağından yaralanıb.

Dörd ildir ki, adı çəkilən hospitalda çalışan 55 yaşlı Nəzakət Paşayeva deyir ki, balta atılan zaman təmizlik işi görürmüş.

Nəzakət Paşayeva baş verən hadisədən sarsıldığını bildirib. Bununla yanaşı, o, Ağadadaş Ağayevdən şikayətçi olmayacağını da qeyd edib.

Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında yaşanan insidentin görüntülərinin kim tərəfindən yayılması ilə bağlı məsələyə isə hospitalın direktoru İbrahim Əliyev aydınlıq gətirib.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev və mühafizəçinin cinayət işi üzrə polis idarəsində istintaq davam edir.

Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işinin istintaqı çərçivəsində xəsarətlərin dərəcəsinin təyin edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hər iki şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq onlara ittiham verilib.

Ətralı süjetdə:

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının son vəziyyəti [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ağadadaş Ağayev və mühafizəçiyə ittiham verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ağadadaş Ağayev tanışı ilə əlbəyaxa dava edib, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağadadaş Ağayevin balta ilə törətdiyi insident: Gözətçini təhqir edib - TƏFƏRRÜAT - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər