Xalq artisti Ağadadaş Ağayev tanışı ilə əlbəyaxa dava edib, araşdırma aparılır
sizinxeber.az xəbər saytı

Xalq artisti Ağadadaş Ağayev tanışı ilə əlbəyaxa dava edib, araşdırma aparılır


Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

"Sizinxeber.az" xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Ağadadaş Ağayev tanışını baltaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hüseyn Əzizoğlunun restoranında baş verən bıçaqlanma ilə bağlı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda 40 qəpik üstündə dava DÜŞDÜ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçay sakini qonşusuna balta ilə xəsarət yetirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər