Milli Qəhrəman Natiq Qasımovun anası: Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm
“Mənə ev verildiyinə görə Prezidentimizə təşəkkür edirəm. Natiq Qasımova göstərilən diqqətə görə hər kəsə minnətdaram".
Bunu Sizinxeber.az-ya açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımov ona ev verilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib: “Bu gün dövlət tərəfindən bizə ev verildi. Çox sevinirik. Natiqin qədrini bilən hər kəsə təşəkkür edirəm. Çox sağ olsunlar”.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Oxşar xəbərlər
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO
Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif olunur
Prezident: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













