Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib
sizinxeber.az xəbər saytı

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edilib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Oxşar xəbərlər

Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif olunur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib
İlham Əliyev Fərman imzaladı
Sosial yardımlar niyə gecikir? - Açıqlama
Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər