KOBİA sədri: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
"Azərbaycanın sərmayəsi ilə BƏƏ-də təsis edilən "Green Capital Management" şirkəti ilə Qətərin "Al Baladi Holdings" şirkəti arasında Strateji Tərəfdaşlıq sazişi hər iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişafında yeni bir mərhələ açır".
Sizinxeber.az xəbər verir ki, bu sözləri "Qətər bütün dünya üçün" adlı tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, Qətər franşizalarının Azərbaycanda qurulmasını əhatə edən bu saziş, Azərbaycan və Qətər arasındakı iqtisadi əlaqələrin dərinləşməsi baxımından mühüm addımdır:
“Güclü siyasi tərəfdaşlıq iqtisadi əlaqələr üçün möhkəm təməl yaradıb və bu, ortaq məqsədlərə və rifaha doğru irəliləməyi asanlaşdırıb”.
Xatırladaq ki, bu saziş, ilkin mərhələdə Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Əməkdaşlıq "Go Crispy" və "Tea Time"ınmüstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir.
Saziş hər iki tərəfdaş üçün yeni perspektivlər açır və bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Qətər arasında siyasi və iqtisadi əlaqələri möhkəmləndirir.
Oxşar xəbərlər
Orxan Məmmədov: “Azərbaycan və Qətər arasında iqtisadi və biznes əlaqələrinin inkişafı üçün yeni bir mərhələ açılır”
Qətərə Azərbaycan Ticarət Evi vasitəsilə 400 tondan çox meyvə-tərəvəz idxal edilib
Azərbaycan və Ukrayna əlaqələrinin inkişafına yönəlmiş ikitərəfli layihələr müzakirə edilib
Azərbaycan və Türkiyə beynəlxalq daşımalar üzrə memorandum imzalayıb
Azərbaycanın ticarət sahəsinə 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













