Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilib
Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq "Bizim.media" yayıb.
Oxşar xəbərlər
Polkovnik Samir Həziyev HƏBS OLUNDU
Azərbaycan Ordusunun zabiti özünü güllələyib
Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi
Əsgərimiz təlim zamanı odlu silahdan açılmış atəş nəticəsində öldü - RƏSMİ
Binəqədidə partlayışla bağlı həbs olunan Tağı İbrahimov külli miqdarda vergidən yayınmaqda da ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













