Azərbaycanda siqaret və elektron siqaretlər bahalaşır
Azərbaycana gətirilən elektron siqaret və tütün məhsullarının aksiz markası vergisi artırılıb. Belə ki, aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.
BAKU.WS xəbər verir ki, baş nazirin imzaladığı bu qərarla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaretlərin aksiz markalarının artırılması məhsulu alan şəxslərin xərcini artacaq.
"Hökumət də daha çox vergi toplamış olacaq. Məsələn aksiz vergisi 2 manat artıbsa, elektron siqaretin də qiyməti eyni miqdarda artacaq. Vətəndaş cibindən 2 manat artıq pul ödəmiş olacaq. Dövlət büdcəsinin aksiz vergisindən gələn gəlirləri artmış olacaq. Başqa ciddi dəyişiklik olmayacaq”.
Ekspertin sözlərinə görə, aksiz vergisi hər il davamlı olaraq artır:
“Xaricə satılan neft və qaz resurslarının qiymətində ucuzlaşma var, neft hasilatı azalır. Hökumət də bu halları kompensasiya etmək üçün yəqin ki, vergiləri artırır. Burada da cəmiyyətin mənfi reaksiya göstərməyəcəyi sahələr spirtli içkilər və tütün məhsullarının aksiz vergilərinin artırılmasıdır. Bunu da onunla əsaslandırırlar ki, bu zərərli istehlakdır. Bundan əlavə ilin əvvəlində qüvvəyə minən qanuna görə yerli tütün istehsalına lisenziya verilmə şərtləri, istehsalda yerli xammaldan istifadə kimi məhdudlaşdırıcı addımlar da atılıb. Bunların hamısı düşünürəm ki, siqaretlərin qiymətini daha da artıracaq. Bu cür məhdudlaşdırıcı addımlar sonda istehlakçıların ziyanına işləyən məqamdır”.
Oxşar xəbərlər
Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












