Reabilitasiya xidmətlərində daha bir neçə yeniliyin tətbiqinə başlanılıb
sizinxeber.az xəbər saytı

Reabilitasiya xidmətlərində daha bir neçə yeniliyin tətbiqinə başlanılıb


Reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün e-sosial.az platformasından ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar e-sosial.az - da e-Xidmətlər bölməsində yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Eyni zamanda reabilitasiya müəssisəsinə rezervasiya formalaşdırıldıqda vətəndaşa bu barədə SMS-bildiriş göndərilməsinə başlanılıb. Bildirişdə tarix, müəssisənin ünvanı və əlaqə nömrəsi, lazımi sənədlərin siyahısı və s. barədə məlumatlar təqdim olunur.

Qeyd edilib ki, əlilliyi olan şəxslər reabilitasiya müəssisələrində bərpa müalicə kursundan yararlanmaq üçün TSEK və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin ilk yarısında 74 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər