sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bu gün məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür
Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun doğum günüdür.
Sizinxeber.az xəbər verir ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. Yaşasaydı 36 yaşını qeyd edəcəkdi. Ancaq olmadı...
Vüqar Həşimov şahmat karyerası ərzində 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.
2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuş, hətta, həmin il Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı.
O, çox erkən yaşında 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniya klinikasında dünyasını dəyişib.
14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunub. O, həmin gün II Fəxri Xiyabanda dəfn edilib.
Sizinxeber.az
Oxşar xəbərlər
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Arkadi Naydiçin FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərilməsinin səbəbi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












