Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov FIDE-nin rəhbəri Arkadi Dvorkoviçlə görüşüb.
"Sizinxeber.az" AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yaranmasının 100 illiyi münasibəti ilə Fransanın paytaxtı Parisdə keçirilən təntənəli mərasimdə baş tutub.
Yubiley tədbirinə FIDE rəsmiləri ilə yanaşı dünya şahmatının ulduzları da dəvət olunub. Görüşdə qurumlar arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri müzakirə edilib.
Qeyd edək ki, iyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu gün, əsası 1924-cü ildə qoyulan Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qərarı ilə 1966-cı ildən etibarən qeyd edilir. Hazırda FIDE-nin himayəsi altında gənclər, kişilər, qadınlar və böyüklər arasında 60-dan çox rəsmi çempionat təşkil edilir.
Oxşar xəbərlər
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb
Arkadi Naydiçin FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərilməsinin səbəbi açıqlanıb
Nicat Abasov İddiaçılar Turnirinə heç-heçə ilə başlayıb
Tanınmış mütəxəssis Azərbaycan Şahmat Federasiyasının dəvəti ilə Bakıya gəlib
AAF prezidenti türkiyəli həmkarı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












