sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
16 yaşına çatmayanlarla nişanlanan şəxsləri 2 000 manat cərimə və həbs gözləyir
Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.
Sizinxeber.az "Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.
Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Sizinxeber.az
Oxşar xəbərlər
Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat cərimələnəcək, həbs olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər iki min manat cərimələnəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












