Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
sizinxeber.az xəbər saytı

Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib


Nazir Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş partlayışla əlaqədar İranın daxili işlər naziri İsgəndər Möminiyə başsağlığı məktubu göndərib.

Nazir baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və qardaş ölkənin Səfirliyinə başsağlığı verib
Kəmaləddin Heydərov Türkiyənin daxili işlər nazirinə və ölkənin Bakıdakı Səfirliyinə başsağlığı verib
Nazir Kəmaləddin Heydərov rusiyalı həmkarına başsağlığı verib
Türkiyə XİN İrana başsağlığı verib
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər