Krımda terror aktı törətmək istəyən Moldova vətəndaşı saxlanılıb
sizinxeber.az xəbər saytı

Krımda terror aktı törətmək istəyən Moldova vətəndaşı saxlanılıb


Krımda terror aktı törətmək istəyən 32 yaşlı Moldova vətəndaşı saxlanılıb.

Sizinxeber.az-nın TASS-a istinadən xəbərinə görə, Kerç ərazisində saxlanılan Yevgeni Mixayloviç Kurdoğlu adlı şəxsin Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə su anbarının nasos stansiyasını partlatmaq istədiyi bildirilib.

Müəyyən edilib ki, Y.Kurdoğlu 2024-cü ilin aprelində internet şəbəkəsində tanış olduğu naməlum şəxslərə Ukraynanın ordu birləşmələrinin dislokasiya yeri və hərəkəti barədə informasiya ötürüb.

O, əvvəllər Ukrayna ərazisində oğurluq törətdiyinə görə məhkum olunub.

Faktla bağlı cinayət işi açılıb.


Oxşar xəbərlər

Krımda Rus Pravoslav Kilsəsinin rəhbərinə qarşı terror aktının qarşısını alıb
Dağıstanda böyük terror aktı törətmək istəyən 12 nəfər saxlanılıb
Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər