Şuşanın "Qarabağ" küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində 10 bina tikilib - FOTO
sizinxeber.az xəbər saytı

Şuşanın "Qarabağ" küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində 10 bina tikilib - FOTO


Şuşanın "Qarabağ" küçəsində Dövlət-özəl tərəfdaşlığı çərçivəsində on bina tikilib.


Sizinxeber.az xəbər verir ki, bunu Şuşa şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.


"Hazırda biz Şuşa şəhərinin mərkəzi küçəsi olan Qarabağ küçəsində dayanmışıq. Qarabağ küçəsində sovet dövründə inşa edilmiş çoxmənzilli binalar sökülüb, yerində gözəl memarlıq üslubunda bu binalar tikilir. Bu binalar Dövlət-özəl tərəfdaşlığı çərçivəsində tikilən binalardır.


O bildirib ki, investorlar və dövlət tərəfindən tikilən bu on binanın ikisinin sifarişçisi Şuşa Dövlət Qoruğu, digər səkkizinin sifarişçisi isə investorlardır: “Binalar otel, apart-otel, ofis binaları, qeyri-yaşayış məkanları və restoran kimi fəaliyyət göstərəcək. Binaların tikintisi zamanı yerli və beynəlxalq memarların tövsiyyələrindən istifadə olunub. Tikintində Şuşa daşlarından istifadə olunub və tikililər Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılıb”.

Oxşar xəbərlər

Dövlət Qoruğu İdarəsi: Şuşada yeni yaşayış binaları tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində idxal olunan avadanlıq və xammal gömrük rüsumlarından azad edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xivə şəhərində “Şuşa günləri” keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eldar Əzizov: Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər