Xankəndi sakinləri Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər - FOTO - VİDEO
İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər.
Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər.
Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.
Oxşar xəbərlər
Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb - FOTO
Xankəndidə sakinlər Yeni ili atəşfəşanlıqla qarşılayıblar - FOTO
Xankəndidə Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hazırlıqlara başlanıb - FOTO
Xankəndidə sakinlər Yeni ili atəşfəşanlıqla qarşılayıblar - FOTO - VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













