Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
sizinxeber.az xəbər saytı

Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO


Artıq on gündür ki, paytaxt Bakı şəhərinə intensiv qar yağması davam edir.

Sizinxeber.az xəbər verir ki, bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.

Yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.

Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.

Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdim edirik.

Oxşar xəbərlər

Paytaxtda qardan təmizləmə işləri davam edir
Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir - FOTOLENT
Bakıda sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib - FOTO
Qar yağdı, Bakı “batdı”: İcra Hakimiyyətinin yollar üçün aldığı 2300 ton duz hara getdi?
Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər