2024-cü ildə 9 platforma operatoru 5000 manat cərimələnib
2024-cü ilin yay ayları ərzində Audiovizual Şuranın mütəxəssisləri Azərabycanda xarici televiziya kanallarının retranslyasiya hüquq sahiblərini araşdırıb, onlarla bir sıra görüşlər keçirib, retranslyasiya hüququ olan xarici televiziya kanallarının siyahısını müyyən ediblər.
Bu barədə Sizinxeber.az-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, bundan sonra Audiovizual Şura həmin xarici kanalların siyahısını multipleks və platforma operatorlarına göndərib, xarici kanalların retranslyasiyası üzrə müvafiq müqavilələrin bağlanmasını və yalnız icazəli kanalların retranslyasiya paketlərinə daxil edilməsini xahiş edib. Bu məqsədlə operatorların məsul şəxsləri ilə görüşlər keçirilib, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb, sentyabr ayında bütün operatorlara xəbərdarlıq məktubu ünvanlayıb.
Qeyd olunub ki, 2024-cü ilin oktyabr ayından başlayaraq bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə monitorinqlərə başlanılıb. Monitorinqlər nəticəsində ilin sonuna kimi 11 operatora "Media haqqında" Qanunun 32.4-cü və 34.5-ci maddələrinin tələblərini, 1 operatora isə "Media haqqında" Qanunun 32.7-ci maddəsinin tələblərini yerinə yetirmədiyinə görə ümumi olaraq 12 inzibati cərimənin tətbiq olunması ilə bağlı protokol tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. İlin sonuna kimi olan vəziyyətə görə müvafiq məhkəmə qərarları ilə 9 operator 5000 manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son iki ayda platforma operatorlarına qarşı 11 protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son iki ayda platforma operatorlarına qarşı 10 protokol tərtib olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












