Yeganə Abbasova: "Yaxın qohum olmayan donorlarla bağlı yalnız Etika Komissiyası qərar verə bilər"
“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əsas vəzifəsi bu transplantasiya əməliyyatlarının hüquqi bazasının tam təşkil edilməsindən ibarətdir”.
Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Sizinxeber.az TV-nin canlı yayımında deyib.
Y.Abbasova qeyd edib ki, canlı donorlar yaxın qohumlardan biri olduğu halda donor, donorun şahidi xüsusi formaları doldurmalıdır və bu formalar notarial şəkildə təsdiq olunmalıdır: “Bu sənədlərlə yanaşı, həmin şəxslərin donor ola bilmə potensialı ilə bağlı həkim komissiyasının yekun qərarından sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən əməliyyat üçün icazə məktubu göndərilir. Bu proseslərdən sonra əməliyyat mümkün olur. Yaxın qohum dedikdə isə ata, ana, bacı, qardaş, ər, arvad, baba, nənə, nəvə və övlad nəzərdə tutulur”.
Mərkəzin sədri bildirib ki, əgər donor olmaq istəyən şəxs yaxın qohum deyilsə, sözügedən sənədlər Etika Komissiyasına göndərilir və şəxsin donor olmasına yalnız həmin komissiya qərar verə bilər.
Oxşar xəbərlər
SN: 600-ə yaxın şəxs donor gözləyir
Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı 3 dəfə artıb
Bu ilin altı ayında aparılan transplantasiya əməliyyatlarının sayı açıqlanıb
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb
Koordinasiya Mərkəzi Azər Baxşəliyevə orqan nəqlinə imtina verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













