DİN bayram günləriylə əlaqədar sürücülərə və sərnişinlərə müraciət edib
Daxili İşlər Nazirliyi bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət edib.
DİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları günlərində bölgələrimizə - şəhər və rayonlarımıza üz tutanların sayında artım müşahidə edilir, yollarda nəqliyyat sıxlığı yaranır.
“Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək. İlk növbədə müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə günün erkən saatlarında hərəkətə üstünlük verək. Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq. Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin”, - deyə müraciətdə bildirilib.
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
DYP sürücülərə çağırış edib
DYP bayram günləri ilə bağlı sürücülərə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













