sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Komitə sədri: Azərbaycanda 1500, 2500 və 3000 manat əməkhaqqı alan müəllimlər var
Sizinxeber.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin martın 6-da keçirilən iclasında deyib.
O bildirib ki, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir və bu, stimullaşdırıcı tədbirdir: “Təhsilverənlərin öz üzərilərində çalışmaları, bilik, bacarıq və səriştələrini artırmaları önəmlidir. Digər tərəfdən bu, onların əməkhaqlarının artmasına təsir göstərir”.
B.Əliyev söyləyib ki, kim sertifikasiya imtahanında yüksək bal toplayırsa, onların əməkhaqlarına əlavələr olur: “Bu da 2026-cı ildən müəllimlərimizin minimum əməkhaqlarının təxminən 1 000 manatdan yuxarı olacağını deməyə əsas verir. Misal olaraq, bu gün 1500, 2500 və 3000 manat əməkhaqqı alan təhsilverənlərimiz var. Burada söhbət ümumi təhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.
Sizinxeber.az
Oxşar xəbərlər
Azərbaycanda yüksək maaş alan müəllimlərin sayı açıqlanıb - MƏBLƏĞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mikayıl Cabbarovun qoluna nə olub? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












