Qəbələdə avtomobilin üzərinə aşan ağac götürülüb, yolda hərəkət bərpa edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağacın avtomobilin üzərinə aşması və nəticədə avtomobil yolunun bağlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.
Oxşar xəbərlər
Qəbələdə ağac avtomobilin üzərinə aşıb, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədidə avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda avtomobil yanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












