İqtisadiyyat üzrə Nobel Daron Acemoğlu da daxil üç nəfərə verilib
İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.
Sizinxeber.az “Nobelprize.org”a istinadən xəbər verir ki, Daron Əcəmoğlu, Saymon Conson və Ceyms A.Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə, layiq görülüblər.
Qeyd edək ki, Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, 1993-cü ildən bəri dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnoloji Univesitetində çalışmağa başlayıb. 2000-ci ildə professor dərəcəsi alıb. O zamandan bəri universitetin tətbiqi iqtisadiyyat fakültəsində dərs deyir.
Saymon Conson 1963-cü ildə Şeffild şəhərində anandan olub, Britaniya-Amerika iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professorudur.
Ceyms A. Robinson 1960-cı ildə anandan olub. O, iqtisadçı və siyasət tədqiqatçısıdır. 2015-ci ildən Harris İctimai Siyasət Məktəbində (Çikaqo Universiteti) professordur və əvvəllər Harvard Universitetində dərs deyib.
Oxşar xəbərlər
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub
Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub
54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub
Fizika üzrə “Nobel” mükafatı laureatları məlum olub
Kimya üzrə “Nobel” mükafatı laureatları məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













