Bu gündən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək
Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq.
Bildirilib ki, Bakıda yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.
Məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər.
Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.
Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.
Qeyd edək ki, bu, ayın ikinci meteor yağışıdır. Belə ki, Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.
Oxşar xəbərlər
Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oktyabrın 6-10-da meteor yağışı müşahidə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sentyabrın 5-dən 21-dək aktiv meteor yağışı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti meteor yağışının pik vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












