Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib
sizinxeber.az xəbər saytı

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib


Sentyabrın 18-də “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib. Görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.

APA xəbər verir ki, görüşdə “RASIT”in icraçı direktoru şahzadə Nisreen əl-Haşimi, Mavritaniya İslam Respublikasının sabiq prezidenti Ameena Gurib-Fakim, Təhsil İnstitutunun (Tİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və digərləri iştirak edib. Görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.

Qeyd edək ki, sözügedən müddət ərzində ölkəmizdə “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sahəsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənzil qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşən “RASIT”-in fəaliyyətində Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda ilk dərs günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təhsil İnstitutunda yeni təyinatlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə start verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb, sənədə doktorantura pilləsi də əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə dair beynəlxalq forum keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər