DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib
sizinxeber.az xəbər saytı

DİN Kəlbəcər rayon sakininin təzyiqə məruz qalması barədə iddialara aydınlıq gətirib


Bəzi internet resurslarında Kəlbəcər rayon sakininin Gəncə şəhərində təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.

Sizinxeber.az-nın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə “saxla” işarəsi verilib.

Lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq təhlükəli manevrlər edərək uzaqlaşmaq istəyib. Qanunla müəyyən edilmiş qaydada saxladılan sürücünün sərxoş olması barədə sübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar.

Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilən zaman R. Nağıyev inzibati binada da öz qanunsuz əməllərini davam etdirərək binadakı əməkdaşların xidməti fəaliyyətlərinə də mane olub. R. Nağıyev barəsində toplanmış material maddi sübutlarla birlikdə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib: “Vətəndaşın polis əməkdaşları ilə bağlı səsləndirdiyi iddialara gəldikdə isə həmin iddialar araşdırma predmetidir, hazırda araşdırmalar davam etdirilir”.

Oxşar xəbərlər

Kəlbəcər sakininin Gəncədə polis şöbəsinə aparılması ilə bağlı xəbərlərə aydınlıq gətirilib
DİN: Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir
Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir - AÇIQLAMA
Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO
Bakıda moped sürücüsünün öldüyü qəzaya aydınlıq gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle