Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, Ağdaş-Göyçay yolunun 1-ci km-də fəaliyyət göstərən, fiziki şəxs Arif Mahir oğlu Ələkbərova məxsus "Ağdaş Palace" restoranında plandankənar yoxlama keçirib.
Agentlikdən Sizinxeber.az-ə verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsinin anbar sahəsində qablaşdırılması və etiketlənməsində saxtalaşdırma əlamətləri olan müxtəlif saxta əmtəə nişanlı ("Beluga", "Russkiy Standart", "Absolut Vodka", "Nemiroff", "Green Drop", "Qızıl Çar", "Zero", "Bison Rosol", "Xorçitsa", "Verba", "ALP LİNE", "Minsk", "Sokrovice Belarus", "Admiral Van Bellingham", "Gradus", "Zelupa", "Russkiy Standart Platin", "Vladinko", "Finlandia"), ümumi sayı 309 ədəd alkoqollu içki (araqlar) aşkarlanıb.
Belə ki, içkilərin qablaşdırmasının orijinal məhsullardan fərqləndiyi, bəzilərinin qapaq hissəsinin sonradan təkrarən bağlandığı, müxtəlif istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı bəzi içkilərin qapaqlarının eyni olduğu məlum olub. Həmçinin yoxlama zamanı bu içkilərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu təsdiq edən heç bir sənəd təqdim edilməyib.
Faktla bağlı müəssisədə aşkar olunmuş və saxtalaşdırma əlamətləri olan alkoqollu içki məhsullarının satışının dayandırılması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib, müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakıda kafedə iyrənc görüntülər - FOTO
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb
Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb
Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












