DİN: "Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir"
"Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir".
Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşlarına dünən avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, bir tapança, iki tüfəng, iki patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib.
"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edirlər. Bilirlər ki, əməliyyat tədbirləri ilə tutulsalar, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaq. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağlı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbiləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək.
Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır, Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək", - deyə məlumatda vurğulanıb.
Sizinxeber.az
Oxşar xəbərlər
Elşad Hacıyev: Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan 9 silah götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həftəsonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən gün vətəndaşlardan silah-sursat götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












