Bakıda mərkəzi küçələrdən biri bağlanır
sizinxeber.az xəbər saytı

Bakıda mərkəzi küçələrdən biri bağlanır




Avqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılacaq
Paytaxtın daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının daha bir küçəsi təmirə bağlanır
DİQQƏT! Bakıda daha bir yol tam bağlanır
Bakının mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər