ŞAD XƏBƏR - İş yeri yaradılıb, orta aylıq əməkhaqqı artıb
sizinxeber.az xəbər saytı

ŞAD XƏBƏR - İş yeri yaradılıb, orta aylıq əməkhaqqı artıb




Cəlilabad rayonunda bu il yeni yaradılan iş yerlərinin sayı məlum olub.

Cəlilabad Rayon Statistika İdarəsindən “Report”un Muğan bürosuna verilən məlumata görə, bu ilin altı ayında 41 yeni iş yeri açılıb.

Onlardan 17-si mövcud, 24-ü isə yeni yaradılmış müəssisə və təşkilatlarda olub.

Həmçinin 2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 676,7 manat təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artıb.

Maliyyə və sığorta fəaliyyəti sahələrində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, dövlət idarəetməsi və müdafiə, informasiya və rabitədə, təhsildə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışan işçilərin orta aylıq əməkhaqqı digər sahələrlə müqayisədə daha yüksək olub.

Sizinxeber.az

Oxşar xəbərlər

Cəlilabadda 41 yeni iş yeri yaradılıb, orta aylıq əməkhaqqı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta aylıq əməkhaqqının məbləği AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu işçilərin maaşı 11,2% artdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda ötən illə müqayisədə 10,8 dəfə çox yeni iş yeri açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər