Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib - FOTO
Laçında itkin düşən hərbçiləri görə iki nəfər nəfər həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib:
"Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediiblər"- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər
Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













