Çətin durumda yaşayan ailə: "Uşaqların və evin xərclərini qarşılaya bilmirəm"
Baku TV-nin qaynar xəttinə müraciət edən Şabran rayonunun Padar kəndinin sakini olan İsmixanovlar ailəsi ağır sosial şəraitdə yaşadıqlarını bildirərək aidiyyəti qurumlardan kömək istəyib.
Fəhlə kimi çalışan Tural İsmixanov bildirib ki, aldığı maaş ailənin dolanışığına kifayət etmir:
"Fermada işləyirəm. Əllərim ağır işdən pis vəziyyətə düşüb. Mağazalara borcumuz çoxdur. Deyirlər ki, əvvəl borcu bağla, sonra məhsul götür. Dörd uşağım var, onların və evin xərclərini qarşılaya bilmirəm".
Aysel İsmixanovanın sözlərinə görə, uşaqlardan biri xəstədir və maddi imkansızlıq səbəbindən müalicəsini davam etdirmək mümkün olmur:
"Qızımın böyrəklərində problem var. İmkanımız yoxdur ki, onu həkimə aparaq".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq ailənin müraciətinə baxıldığını və onlara bir il müddətinə aylıq 599.4 manat sosial yardım ayrıldığını açıqlayıb.
Oxşar xəbərlər
Sabah bu kəndlərdə qaz olmayacaq
Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq
Hövsanda bu saatdan qaz OLMAYACAQ
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
