FHN Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, mayın 7-də Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.
Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Ən yaxşı manqa” baxış-müsabiqəsində 1-ci yeri tutub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüb.
Dövlət Himninin səslənməsi ilə başlayan final müsabiqəsinin mükafatlandırma mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edillib.
Tədbirdə çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonra qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib. Mükafatlandırılma mərasimi bədii hissə ilə davam etdirilib.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
FHN Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirib - FOTO
FHN-in qurumları arasında sərbəst güləş çempionatı keçirilib
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
