Magistratura imtahanı ilə bağlı VACİB proqnoz
Magistraturanın ikinci qəbul imtahanına sayılı günlər qalıb. Birinci imtahanda bir nəfər 96 bal toplayaraq ən yüksək nəticəni göstərmiş, iştirakçıların əksəriyyəti isə imtahanın çətin keçdiyini bildirmişdi.
İndi isə namizədləri düşündürən əsas məsələlər ikinci mərhələdə sualların necə olacağı, daha yüksək nəticələrin qeydə alınıb-alınmayacağı, həmçinin plan yerləri və keçid ballarında dəyişiklik olub-olmayacağıdır.
BAKU.WS xəbər verir ki, AzEdu.az-a açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, ikinci imtahanda iştirakçıların daha yüksək nəticə göstərəcəyi gözlənilir:
"Adətən imtahanların keçirilmə qaydaları və sualların formatı eyni qalır. Lakin bəzi hallarda sualların uzunluğu və çətinlik səviyyəsinin açıq şəkildə hiss edilməsi iştirakçılar üçün vaxt itkisinə səbəb olur ki, bu da ümumi nəticələrə təsir göstərir. Düşünürəm ki, ikinci imtahanda iştirakçılar daha yüksək bal toplayacaqlar.
Bunun əsas səbəblərindən biri onların birinci imtahanda artıq müəyyən təcrübə qazanması və imtahan prosesi ilə yaxından tanış olmasıdır. Eyni zamanda hazırlıq müddəti daha uzun davam edib, əvvəlki səhvlər təhlil olunub və nəticə çıxarılıb. Bundan əlavə, iştirakçılar psixoloji baxımdan da daha rahat olurlar və imtahana daha az həyəcanla daxil olurlar. Bu səbəbdən birinci imtahanla müqayisədə ikinci mərhələdə nəticələrin daha yaxşı olacağı və yüksək bal toplayanların sayının artacağı gözlənilir".
Plan yerləri və keçid ballarında ciddi dəyişiklik gözlənilmir:
"Keçid ballarında yalnız müəyyən qədər artım və ya fərqlilik ola bilər. Amma ötən illə müqayisədə ciddi fərq gözlənilmir. Namizədlərin imtahan zamanı ən çox yol verdiyi səhvlərdən biri çətin suallara həddindən artıq vaxt ayırmalarıdır. Bəzi iştirakçılar bir sualda uzun müddət ilişib qalır və növbəti suallara keçə bilmirlər. Bu isə həm vaxt itkisinə, həm də ümumi balın azalmasına səbəb olur.
Tövsiyə edirəm ki, imtahan zamanı əvvəlcə daha rahat cavablandıra bildikləri suallardan başlasınlar və cavab kartını vaxtında doldursunlar. Daha sonra isə vaxt bölgüsünü düzgün apararaq çətin suallara qayıda bilərlər.
Vaxtdan düzgün istifadə edən iştirakçılar daha yüksək nəticə əldə etmək imkanı qazanırlar".
Oxşar xəbərlər
Filippində 6 bal gücündə zəlzələ olub
Sabah 23 dərəcə isti gözlənilir - PROQNOZ
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Kolumbiyada bombalı hücum: 14 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
