Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir?
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, iddiaçı uzun illər cavabdeh bankda çalışıb, sonuncu dəfə filial müdiri vəzifəsində işləyib. 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. İddiaçının məhkəməyə müraciətindən sonra aşağı instansiya məhkəmələri əmək müqaviləsinə xitam verilməsi barədə əmri etibarsız sayıb, onun əvvəlki vəzifəsinə bərpası, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab olunması barədə qərar qəbul ediblər.
Sonradan bankın səhmdar strukturunda dəyişiklik baş verib. Bundan sonra işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə yenidən xitam verib. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək yenidən məhkəməyə müraciət edib və aşağı instansiya məhkəmələri iddianı təmin ediblər.
Lakin Ali Məhkəmə apellyasiya instansiyasının nəticəsi ilə razılaşmayıb.
Məhkəmə kollegiyası qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulan müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası yeni mülkiyyətçiyə müəssisənin idarə olunması və maliyyə resurslarının idarə edilməsi ilə bağlı vəzifələrdə çalışan şəxslərlə əmək münasibətlərinə xitam vermək hüququ verir.
Ali Məhkəmə vurğulayıb ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi yalnız mülkiyyət formasının dəyişməsi ilə məhdudlaşmır. Səhmdar və ya təsisçi tərkibində elə dəyişiklik baş verə bilər ki, bu, faktiki olaraq yeni mülkiyyətçi iradəsinin formalaşmasına səbəb olsun.
Müəssisənin bir neçə mülkiyyətçisi olduqda onun əmlakı üzərində 51 faiz paya malik olan mülkiyyətçi dəyişdikdə, bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Hər hansı müəssisədə mülkiyyət paylarının bölgüsündə 51 faizə sahib mülkiyyətçi olmadıqda isə (məsələn: paylar 20, 30, 40 faiz şəklində bölünübsə), mülkiyyətçilərdən birinin dəyişməsi halında bu hüquq yaranmır.
İş üzrə müəyyən edilib ki, bankın əsas səhmdarının payı 51 faizdən artıq həcmdə dəyişib, həmçinin yeni səhmdar təsisçilər sırasına daxil olub. Kollegiyanın qənaətinə görə, bu hal bankın mülkiyyətçilərinin dəyişməsi kimi qiymətləndirilməlidir.
Bu əsaslarla Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və iddianın rədd olunması barədə yeni qərar qəbul edib.
Oxşar xəbərlər
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
Son altı ayda əmək müqaviləsinə qanunsuz xitam verilən 42 nəfər işinə bərpa olunub
Ali Məhkəmə: İşçi işdən çıxarılarkən xəbərdarlıq müddəti gözlənilməlidir
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
