Olimpiadaya Azercell-in dəstəyi ilə hazırlaşan məktəbli qızlar 2 bürünc medal və 1 həvəsləndirici mükafatla təltif ediliblər
Belə ki, Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Rahidil Bayramlı və Bakı Modern Təhsil Kompleksinin 11-ci sinif şagirdi Nigar Hacıyeva bürünc medal, Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Ayan Kərimova isə həvəsləndirici mükafat qazanıb.
Qeyd edək ki, 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bu müddət ərzində Azərbaycanın bölgələrini və paytaxt məktəblərini təmsil edən şagirdlər fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə ölkəmizi uğurla təmsil edərək 72 medal əldə ediblər.
Azercell qalib qızları ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edir.
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıb
Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıblar
Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2024) məktəblilərimiz uğurla çıxış edib
Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












