“Özbəkistan, Azərbaycan və Avropa: Ortaq İnkişaf naminə Əməkdaşlıq” toplantısı keçiriləcək
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Özbəkistan Prezidenti yanında Strateji və Beynəlxalq Araşdırmalar İnstitutu ilə tərəfdaşlıq çərçivəsində 33-cü Ali Səviyyəli Toplantısını təşkil edəcək.
Sizinxeber.az xəbər verir ki, toplantı 18–20 avqust 2025-ci il tarixlərində Daşkənddə keçiriləcək.
Tədbirdə 20-dən çox ölkədən sabiq dövlət və hökumət başçıları, nüfuzlu liderlər, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Özbəkistan rəsmiləri iştirak edəcək.
Toplantıda Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əlaqəliliyin gücləndirilməsində Orta Dəhlizin rolu, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və transregional əməkdaşlıq üçün yeni imkanlar, Süni İntellektin gələcək regional inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi, müasir Özbəkistanda həyata keçirilən islahatların nəticələri və gələcək inkişafın strateji istiqamətləri, həmçinin dəyişən dünyada Mərkəzi Asiyanın geosiyasi rolu kimi mövzular müzakirə olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Şavkat Mirziyoyevə zəng edib
Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub, sənədlər imzalanıb
Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
MSK-nın nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













