Nazirlik: Azərbaycanda icra sahəsində qarışıq modelə keçiləcək
Azərbaycanda icra sahəsində qarışıq modelə keçiləcək.
Bunu Sizinxeber.az-ya müsahibəsində “Xüsusi icra məmurları haqqında” qanunla əlaqədar suala cavabında Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi Vidadi Məmmədov bildirib.
Vidadi Məmmədov deyib ki, qarışıq model icranın həm dövlət, həm də özəl icra məmurları tərəfindən həyata keçirilməsini nəzərdə tutur: “Belə bir sistem hazırda Gürcüstan, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Portuqaliya, Serbiya, İslandiya, İsveçrə, İrlandiya kimi ölkələrdə mövcuddur. Bu modelin əsas üstünlüyü icra yükünün bölüşdürülməsi, qərarların icrasının daha çevik və məsuliyyətli şəkildə təmin edilməsidir. Çünki xüsusi icra məmuru göstərdiyi xidmətə görə birbaşa məsuliyyət daşıyır və bu da onu işə daha məsuliyyətlə yanaşmağa sövq edir.
Bu institut dövlət icra modelinə əlavə dəstək mexanizmidir. Yeni mexanizmin ölkə üzrə mərhələli tətbiqi nəzərdə tutulur. Dövlət icra sisteminin üzərindəki ağır iş yükü tədricən və proporsional olaraq dövlət və xüsusi icra məmurları arasında bölünəcək, bununla da icra işlərinin səmərəli idarə edilməsinə nail olunacaq".
Oxşar xəbərlər
Xüsusi icra məmurlarının hansı qərarları icra edə biləcəyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xidmət rəisi: Xüsusi icra məmurları institutu məhkəmə qərarlarının icrasında effektivliyi artıracaq - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xüsusi icra institutu 2026-cı ildən tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyi xüsusi icra məmurlarının fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












